yaxşı
yaxşıca
OBASTAN VİKİ
Yaxşı
Yaxşı — müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan, bəyənilən. Və yaxud da razılıq əlaməti olaraq verilən cavab.
Yol
Yol – nəqliyyatda istifadə olunan və müxtəlif məntəqələri bir-birinə bağlayan şəbəkə. Bütün yollar yol nişanları, siqnalverici qurğular və s. ilə tənzimlənir. == Etimologiyası == Yol sözünün mənşəyi Qədim Türkcədən gələn "yolak" (cığır, yol) sözüdür. Güman ki, "yeri-" sözü də "yori-" kəliməsindən gəlir. == Yolun tarixi == === Yolların yaranması === Tarixdəki ilk yollar heyvanlar tərəfindən istifadə olunan yerlərdə öz-özünə yaranan cığırlar idi. Zaman keçdikcə bu yollar insanlar tərəfindən istifadə olunmağa başlandı. Belə yaranmış və e.ə. 6000-ci illərdən qalmış yollara misal kimi Yerixo şəhəri yaxınlığındakı su qaynaqları ətrafında rast gəlinir. Qədim Mesopotamiyada, hazırkı İraq ərazilərində yerləşən Ur şəhərindəki daş döşənmiş yollar və İngiltərənin hazırkı Qlastonberi qəsəbəsində taxta deöşənmiş yollar isə təxminən e.ə.
Yaxşı yol, "gənc ustalar" (film, 1968)
== Məzmun == Film Bakıdakı 12 saylı peşə-texniki məktəbin işindən, burada kinomexaniklər, fotoqraflar, soyuducu və televizor ustaları hazırlanmasından danışır.
Yaxşı Cazibə
Yaxşı Cazibə (türk. Yahşi Cazibe) — Süreç Film kinoşirkətinin istehsalı olan və Türkiyənin ATV kanalında yayımlanan televiziya serialı.
Yaxşı Partiya
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. == Tarixi == === Bölünmə === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. == Hədəfləri == Partiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərməkdir. == Logosu == Logonun əsas arnamenti türklərin Qayı boyunun emblemindən götürülmüşdür.
Yaxşı terrorçu
Yaxşı terrorçu — 1985-ci ildə ingilis yazıçısı Doris Lessinq tərəfindən yazılmış siyasi roman. Kitab ilk dəfə həmin il İngiltərədə Conatan Keyp və ABŞ-də Alfred Knopf tərəfindən nəşr edilmişdir. Kitabın baş qəhrəmanı Londonda radikal bir qrupa qoşularaq terrorist fəaliyyətlərinə cəlb edilən və sadə və səfil həyat tərzi keçirən Alisadir. Lessinqi bu əsəri yazmağa 1983-cü ildə İrlandiyanın Respublika Ordusunun Londondakı Harrods mağazasının bombalanması təşviq etdi. O, Britaniya Kommunist Partiyasının üzvü olub, lakin 1956-cı ildə Macarıstanda baş verən üsyandan sonra oradan ayrılıb. Bəzi tənqidçilər romanı satirik üslubda yazılmış roman adlandırdılar, lakin Lessinq onu heyrətləndirici və yumoristik hesab edirdi. Əsərin adı Alisanın ikitərəfli təbiətini təsvir edir. "Yaxşı terrorçu" əsəri tənqidçilərin fikirlərini ikiyə ayırdı. Bəzi tənqidçilər əsərin əsas ideyasını və qəhrəmanlarını yüksək qiymətləndirdilər, digərləri onu süjet xəttinin sadə, qəhrəmanlarının isə mənasız və darıxdırıcı olduğu üçün tənqid etdilər. Bir tənqidçi Lessinqin "güclü təsviri nəsr bacarıqlarını və personajlarının dəqiq və real xarakteristikaları"-nı qiymətləndirərkən, digəri onu "kifayət qədər sadə məzmunlu" və qəhrəmanlarını isə "mənasız və ya özünü xülyaları ilə aldadan" adlandırdı.
...Yol (Qriffinlər)
…Yol (ing. Road to...) — baş rollarında Binq Krosbi və Bob Houplinin çəkildiyi "...Yol" filmlər seriyasına parodiya olaraq çəkilmiş xüsusi seriyalar silsiləsi. Bu seriyaların əsas personajları, süjetə görə, Kuahoqdakı evlərindən çox uzaqda olan xarici dövlətlərə, elmi-fantastik və ya fövqəltəbii yerlərə düşən Brayan və Styuidir. Silsilə musiqi nömrələri ilə də məşhurdur. Silsiləsidən olan birinci seriya — "Rod-Aylendə yol", serialın ikinci mövsümünün bir hissəsi kimi, 30 may 2000-ci ildə göstərilmişdir. Silsiləsidən olan sonuncu seriya — "Hindistana yol", on dördüncü mövsümün bir hissəsi kimi, 22 may 2016-cı ildə göstərilib. Silsilə ümumilikdə səkkiz seriyadan ibarətdir. == Seriyalar == == İstinadlar == == Xarici keçidlər == "Rod-Aylendə yol" — Internet Movie Database saytında. "Avropaya yol" — Internet Movie Database saytında. "Rupertə yol" — Internet Movie Database saytında.
Bizim yol
Bizim yol - Gündəlik ictimai-siyasi qəzet. 2000-ci ildə Bahəddin Həziyevin əli ilə yaradılıb, və 2003-cü ildən çap olunur. Qəzetin baş redaktoru Bahəddin Həziyev, Birinci müavini isə Elçin Rüstəmlidir. Qəzet 31 yanvar 2019-cu ildə çap versiyasının fəaliyyətini dayandırıb. == Əlaqə == tel: (012) 434 26 17, (012) 434 24 78 e-mail: [email protected] == Xarici keçidlər == www.bizimyol.info www.youtube.com/user/Bizimyolinfo twitter.com/bizimyolinfo instagram.com/bizimyolinfo == İstinadlar == == Mənbə == "Bizim Yol" qəzeti, №124(1943), 14 iyul 2012-ci il.
Qəlbinə Yol
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. == Albom haqqında == "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Yeni yol
Yeni yol (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (qəzet) — Azərbaycanda qəzet.
Yol (dəqiqləşdirmə)
Yol — insanların və nəqliyyatın getdiyi yer. Yol (jurnal) — jurnal. Yol (film, 1981) Yol (film, 1954) — Federiko Fellininin çəkdiyi İtaliya filmi. Yol (film, 2009) — Yol əhvalatı (film, 1980) — Teymur Bəkirzadənin çəkdiyi Azərbaycan filmi. ...Yol (Qriffinlər) — "Qriffinlər" cizgi serialının xüsusi seriyalar silsiləsi. Yollar görüşəndə... (film, 1979) — Ramiz Həsənoğlunun çəkdiyi film. Yol (fiziki kəmiyyət) — Sürət ilə zamanın hasilinə bərabər olan fiziki kəmiyyət.
Yol (jurnal)
[mənbə göstərin] Yol — 1990-ci illərdə Tehranda Keyhan müəssisəsində nəşr olunan jurnal. "Yol" ötən yüzilliyin 90-cı illərində Tehranda çıxan ədəbiـbədii dərgi idi. Eyvaz Tahanın baş yazarlığı ilə tam Azərbaycan türkçəsində buraxılan bu dərgi, Güney Azərbaycan mətbuat tarixində hadisə sayılırdı. Vaxtilə Solçuların "Keyan"[۱] müəssisəsinə başçılıq etədiyi zaman işıq üzü görmüş Yolda yeniliklər az deyildi. Yol Güney Azərbaycanın birinci rəngli dərgisi, yep-yeni məzmunlu, və milli hökumət zamanından bəri çıxan ən yükəsk tirajlı nəşr orqanı idi. Habelə yolun özündən önəmsiz olmayan "Kəpənğk" dərgisi, Yolun əlavəsi kimi uşaqlar üٍçün buraxılırdı. Son nömrələrdə səhifələrinin sayı 64ـdə qədər artmış, bu əlavənin indiyə qədər bənzəri çıxmayıb. E.Taha Yol və Kəpənək dərgilərində 20 ـci nömərəyə qədər çalışdı. Həmin sayı işıq üzü gördükdən sonra məzmun və dilin dəyişdirilməsinə dair gələn hökumət əmrlərinə boyun qoymaraq redaksiyadan uzaqlaşdı. Bu uzaqlaşma Hüseyn Şəritmdarinin Keyhanı ələ keçirməsinə təsadüf edirdi.
Yol hərəkəti
Yol hərəkəti — yol vasitəsi ilə nəqliyyat vasitəsi ilə insanların və yüklərin daşınması prosesində yaranan ictimai münasibətlər.
Yol iyesi
Yol nişanları
Yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, yol hərəkəti iştirakçılarına müəyyən informasiyanı bildirmək üçün qurulan standartlaşdırılmış qrafiki nişanlardır. Yol nişanları müxtəlif ölkələrdə bir-birindən fərqlənsə də, ümumi prinsip etibarilə eynidir. Faktiki olaraq bütün dünyada olan yol nişanları sistemlərinin əksəriyyəti avropa və ingilis sisteminə yaxındır. Bu sistem Avropa, o cümlədən Azərbaycan və dünyanın bir çox başqa ölkələrində "Yol nişanları və siqnallar haqqında" Vyana konvensiyasına əsasən nizamlanır. == Beynəlxalq konvensiyalar == Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyası kimi beynəlxalq konvensiyalar müxtəlif ölkələrdə yol nişanlarının müəyyən dərəcədə vahidliyinə nail olmağa kömək etmişdir. Ölkələr də çaşqınlığın qarşısını almaq üçün birtərəfli qaydada (müəyyən dərəcədə) digər ölkələri izləmişlər. == Kateqoriyalar == Yol nişanlarını bir neçə növə bölmək olar. Məsələn, 30 iyun 2004-cü ildə 52 ölkənin imzaladığı Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyasının (1968) 1-ci Əlavəsi səkkiz nişan kateqoriyasını müəyyən edir: Xəbərdarlıq nişanları — hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir; Üstünlük nişanları — yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir; Qadağan nişanları — yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir; Məcburi hərəkət istiqaməti nişanları — sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir; Xüsusi tənzimləmə nişanları — Xüsusi tənzimləmə nişanları bir və ya bir neçə hərəkət zolağına aid olan tənzimləmə və ya təhlükə xəbərdarlığını göstərmək, avtobuslar üçün ayrılmış zolaqları göstərmək, yaşayış sahəsinin başlanğıcını və ya sonunu göstərmək üçün istifadə olunan yol nişanları və ya zona qüvvəsi olan nişanlardır. Məlumatverici-göstərici nişanlar — hərəkətin müəyyən rejimi tətbiq və ya ləğv edir, elecə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər; Servis nişanları — yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir; Əlavə məlumat nişanları (lövhəciklər) — birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırır. ABŞ, Kanada, İrlandiya, Avstraliya və Yeni Zelandiyada nişanlar aşağıdakı kimi təsnif edilir: Tənzimləyici nişanlar Xəbərdarlıq nişanları Bələdçi nişanlar Küçə adı nişanları Marşrut nişanları Ekspress yol nişanları Magistral yol nişanları Xoş gəldin nişanları Məlumat nişanları İstirahət və mədəni maraq nişanları Fövqəladə halların idarə edilməsi (mülki müdafiə) nişanları Müvəqqəti yol hərəkətinə nəzarət (tikinti və ya iş zonası) nişanları Məktəb nişanları Dəmir yolu və yüngül dəmir yolu nişanları Velosiped nişanları Birləşmiş Ştatlarda yol nişanları və səki nişanları üçün kateqoriyalar, yerləşdirmə və qrafik standartlar standart olaraq Federal Avtomobil Yolları Administrasiyasının Vahid Trafik İdarəetmə Cihazları üzrə Təlimatında qanuni olaraq müəyyən edilmişdir.
Şərəfli yol
Şərəfli yol (film, 1974)
Kortikospinal yol
Kortikospinal yol — beyin qabığından başlayan və onurğa beynindəki aşağı motor neyronları və interneyronlarında bitən, əzaların və bədənin hərəkətlərini idarə edən ağ maddə motor yolu. Kortikospinal yolda 1 milyondan çox neyron var və onlar adətən həyatın ilk 2 ilində miyelinləşirlər. Kortikospinal yol piramidal yollardan biridir, digəri kortikobulbar yoldur. == Anatomiyası == Kortikospinal yol beynin bir neçə hissəsindən, o cümlədən təkcə motor bölgələrindən deyil, həm də ilkin somatosensor korteksdən və premotor bölgələrdən yaranır. Əksər neyronlar ya birincil motor korteksindən (precentral girus, və ya Brodmann sahəsi 4) və premotor frontal bölgələrdən yaranır. Kortikospinal neyronların təxminən 30% -i ilkin motor korteksdən, 30% -i premotor korteksdən və əlavə motor bölgələrindən, qalan 40% isə somatosensor korteks, alın payı və singulat girus arasında paylanır. Bu yuxarı motor neyronları neokorteksin V qatının piramidal hüceyrələrindən əmələ gəlir, və ön beyindəki daxili kapsulun arxa əzasından keçərək ara beynin dibində yerləşən beyin qabığına daxil olur. Sonra hər iki yol beyin sapından, körpüdən, daha sonra isə medullaya keçir. Kortikospinal yol kortikobulbar yol ilə birlikdə beyin sapının medullasının hər iki tərəfində iki piramida əmələ gətirir və onların adı piramidal yollar kimi gedir. Kortikospinal neyronlar birbaşa əzələ nəzarəti üçün alfa motor neyronlarına birbaşa sinaps edir.
Yol iyəsi
Yol əhvalatı
Yol əhvalatı — kinorejissor Teymur Bəkirzadənin çəkdiyi komediya filmi. == Məzmun == Şən və xeyirxah sürücü, gənc Mustafa (Vaxtanq Pançulidze) gözəl Zümrüdlə (Həmidə Ömərova) evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, "işbaz", alverçi Qurbanın (Səyavuş Aslan) heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir. Film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetir. == Film haqqında == Film Teymur Bəkirzadənin müstəqil rejissor kimi kinoda ilk tammetrajlı işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Asim Cəlilov Quruluşçu rejissor: Teymur Bəkirzadə Quruluşçu operator: Şərif Şərifov, Ələsgər Ələkbərov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Vladimir Savin Rejissor: Rafiq Dadaşov Montaj edən: Tahirə Babayeva Dekor rəssamı: Fikrət Ələkbərov Geyim rəssamı: N. Cəfərova Qrim rəssamı: L. Kuznetsova Rejissor assistenti: Mirzəbala Məlikov, Yusif Əlizadə (Yusif Əliyev kimi) Plyonka üzrə rəng ustası: F. Dadaşov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Məsləhətçi: N. Əliyev (SSRİ-nin əməkdar təyyarəçisi), M. Babayev (milis polkovniki) Redaktor: Ramiz Rövşən (R. Əliyev kimi), Nadejda İsmayılova Çalır: Dövlət Kinematoqrafiya Orkestri və "Melodiya" İnstrumental Ansamblı Bədii rəhbər: Eldar Şengelaya İnzibatçı: F. Cəbiyev, Vladimir Dudniçenko, E. Nağıyev Filmin direktoru: Rimma Abdullayeva === Rollarda === Səyavuş Aslan — Qurban Vaxtanq Pançulidze — Mustafa Həmidə Ömərova — Zümrüd Kamil Məhərrəmov — Paşa Yaşar Nuri — Makintoş Hacı İsmayılov — Mürşüd Sofa Bəsirzadə — Sona nənə Ceyhun Mirzəyev — İbadulla Yusif Əlizadə — Fərid Adil İsmayılov — təyyarəçi Məmmədkamal Kazımov — Şəmsi Eldəniz Zeynalov — şikayətçi Zərnigar Ağakişiyeva — Ədilə Mübariz Əlixanoğlu — milis nəfəri Rahib Əliyev — elçi gələn Məmmədağa Dadaşov Muxtar Maniyev — Milis nəfəri Ofeliya Aslan (Ofeliya Aslanova kimi) — Kübra Dadaş Kazımov — sərnişin Telman Adıgözəlov — tələbə Şahin Cəbrayılov — milis nəfəri Ələsgər Məmmədoğlu — aeroportdakı adam Aqşin Rəsulov — aeroportdakı adam Əliqulu Səmədov — alıcı Mayak Kərimov — alıcı Zilli Namazov — aeroportdakı adam Ramiz Məmmədov — aeroportdakı adam Sədaqət Zülfüqarova — xala === Filmi səsləndirənlər === Sadıq Hüseynov — sərnişin (titrlərdə yoxdur) Əliabbas Qədirov — İbadulla (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur) Hamlet Xanızadə — təyyarəçi (Adil İsmayılov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Mustafa (Vaxtanq Pançulidze) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — elçi gələn (Rahib Əliyev) (titrlərdə yoxdur) Tələt Rəhmanov — elçi gələn (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Fərid (Yusif Əlizadə) (titrlərdə yoxdur) Gülşən Qurbanova — Kübra (Ofeliya Aslan) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Paşa (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) == Çəkilişə köməklik edən qurumlar == Zabrat Aeroportu Bakı Şəhər Dövlət Avtomobil Müfəttişliyi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Beş yaxşı imperator
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Yaxşı terrorçu (roman)
Yaxşı terrorçu — 1985-ci ildə ingilis yazıçısı Doris Lessinq tərəfindən yazılmış siyasi roman. Kitab ilk dəfə həmin il İngiltərədə Conatan Keyp və ABŞ-də Alfred Knopf tərəfindən nəşr edilmişdir. Kitabın baş qəhrəmanı Londonda radikal bir qrupa qoşularaq terrorist fəaliyyətlərinə cəlb edilən və sadə və səfil həyat tərzi keçirən Alisadir. Lessinqi bu əsəri yazmağa 1983-cü ildə İrlandiyanın Respublika Ordusunun Londondakı Harrods mağazasının bombalanması təşviq etdi. O, Britaniya Kommunist Partiyasının üzvü olub, lakin 1956-cı ildə Macarıstanda baş verən üsyandan sonra oradan ayrılıb. Bəzi tənqidçilər romanı satirik üslubda yazılmış roman adlandırdılar, lakin Lessinq onu heyrətləndirici və yumoristik hesab edirdi. Əsərin adı Alisanın ikitərəfli təbiətini təsvir edir. "Yaxşı terrorçu" əsəri tənqidçilərin fikirlərini ikiyə ayırdı. Bəzi tənqidçilər əsərin əsas ideyasını və qəhrəmanlarını yüksək qiymətləndirdilər, digərləri onu süjet xəttinin sadə, qəhrəmanlarının isə mənasız və darıxdırıcı olduğu üçün tənqid etdilər. Bir tənqidçi Lessinqin "güclü təsviri nəsr bacarıqlarını və personajlarının dəqiq və real xarakteristikaları"-nı qiymətləndirərkən, digəri onu "kifayət qədər sadə məzmunlu" və qəhrəmanlarını isə "mənasız və ya özünü xülyaları ilə aldadan" adlandırdı.
Yaxşı, pis, zalım
Yaxşı, pis, zalım (ing. The Good, the Bad and the Ugly, it. Il buono, il brutto, il cattivo) — Serco Leone tərəfindən vestern janrında çəkilmiş film. "Bir ovuc dollar" (1964) və "Bir neçə dollar üçün" (1965) filmlərilə başlayan trilogiyanın sonuncusudur. == Məzmun == Amerikada vətəndaş müharibəsi dövründə, quldur Tuko Ramirez (Zalım) Sarışın (Yaxşı) tərəfindən tutularaq dövlət adamlarına təslim edilir. Sarışın quldurun tutulmasına görə vəd edilən pulu alır. Buna baxmayaraq, o, Tukonu asılarkən kəndirə açdığı atəşlə ölümdən xilas edir. Sentenza (Pis) isə Bill Karson adında böyük bir miqdarda qızılı gizlətmiş şəxsin izinə düşür. Tuko səhranın ortasında Sarışını öldürmək istəyərkən Bill Karsonla rastlaşırlar. Karson qızılları bir qəbirdə gizlətdiyini söyləmiş və oradaca vəfat etmişdir.
Ən yaxşı təklif
Ən yaxşı təklif (it. La migliore offerta, ing. The Best Offer) — 2013-cü il İtaliya istehsalı olan psixoloji triller filmi. Cüzeppe Tornatorenin rejissorluğu və ssenarisi ilə çəkilib. Filmin musiqisi Ennio Morrikone tərəfindən bəstələnib. Film incəsənət üzrə mütəxəssis Vircil Oldman haqqındadır. == Məzmun == Film məşhur xərrac evinin yaşlı, zəngin və hörmətli, həm də soyuq təbiətli müdiri Vircil Oldmanın həyatında baş verən hadisələrdən bəhs edir. Oldman sirli gənc varis Klar İbbetson tərəfindən valideynlərindən miras qalmış geniş antik sənət kolleksiyasını açıq xərracda satmaq üçün işə alınır. Klar hər dəfə şəxsən görüşməyi rədd edir, şiddətli aqrofobiadan əziyyət çəkir və otağından heç vaxt çıxmır. Klar OKB-dən əziyyət çəksə də, axırda Oldmana inanmağa qərar verir.
Qəlbinə yol (albom)
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. == Albom haqqında == "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Yaxtı Yol (Avurğazı)
Yaxtı Yol (başq. Яҡты Юл, rus. Якты-Юл) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 4 km, kənd sovetliyindən (İşli): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (97%) üstünlük təşkil edir.